Məzmuna keç

“Azərsilah” və “Azərxalça”nın müşahidə şuralarında Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin və "Azərxalça" ASC-nin müşahidə şuralarında Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qeyd olunub ki, Nazirlər Kabineti bununla bağlı tədbir görüb bir ay müddətində Prezidentə məlumat verməlidir.