- 26 May 20:54
Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Xatırladaq ki, mayın 29-da A.Hacıyevin 75 yaşı tamam olur. O, Milli Məclisin I, II və III çağırışının deputatı olub. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibidir.