Məzmuna keç

Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar "Dostluq" ordeni ilə təltif edilir.