Məzmuna keç

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edildi

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.

E-huquq.az-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə min beş yüz manat məbləğində cərimə edilən işlər üzrə protokol Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, Aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli bölmələrin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərtib edəcək.

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolu Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, Aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli bölmələrin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərtib edəcək.

Eyni zamanda Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Bakı Nəqliyyat Agentliyi adından – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tərtib edəcək.

Sumqayıt şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Sumqayıt Şəhər İcra Hakimiyyəti adından – Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri protokol tərtib edəcək.

Gəncə şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Gəncə Şəhər İcra Hakimiyyəti adından – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri protokol tərtib edəcək.