Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.
