Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, dəyişikliklə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.
Belə ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndinə hər iki halda “orqanların” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin” sözləri əlavə edilib.
