Məzmuna keç

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.