Məzmuna keç

Yardımlıya yeni icra başçısı təyin edildi

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Orxan Məmmədov bu təyinatadək Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.