Məzmuna keç

Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-polkovnik ali hərbi rütbəsi verildi –

Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".