Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI


  • 23 Yanvar 2021 16:11

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Oxşar xəbərlər