"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurasının tərkibi təsdiqləndi


  • 30 Mart 2021 15:09

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Birinci vitse-prezidentin köməkçisi

Azər Mursaqulov – Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

Oxşar xəbərlər