İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM


  • 1 Aprel 18:27

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncamla işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alınır:

1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

1.1. Qubadlı Hərbi Prokurorluğu;

1.2. Kəlbəcər Hərbi Prokurorluğu;

1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər