Məzmuna keç

Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın xəbərinə görə, sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.