Prezident İlham Əliyev “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
E-huquq.az-ın xəbərinə görə, sənədə əsasən, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiqlənib.
