Prezident Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarını mükafatlandırdı - SƏRƏNCAM


  • 23 Avqust 2021 15:15

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında" Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncamla Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Oxşar xəbərlər