“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dəyişiklik edilib


  • 7 Oktyabr 2021 14:23

Azərbaycanın 7 bölgəsinə Aqrar Elm və İnnovasiya mərkəzlərində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizmi qurulması barədə tapşırıq ləğv edilib.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq dəyişiklik edilib.

Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2023-cü illər ərzində aşağıdakı Aqrar Elm və İnnovasiya mərkəzlərində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizmi qurulmasını təmin etməli idi:

Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması.

Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması.

Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması

Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizminin qurulması

Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması.

Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tedqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması.

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması.

Oxşar xəbərlər