Məzmuna keç

Prezident İlham Əliyev Məhərrəm Əliyevlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir. Sabah onun 70 yaşı tamam olur.