Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi


  • 11 Yanvar 2022 16:02

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Beləliklə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçiriləcək.

Oxşar xəbərlər