Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Dostluq” ordeni ilə təltif edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
