Məzmuna keç

Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edildi –

Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.