Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişib


  • 16 May 2022 16:36

Prezident İlham Əliyev 18 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmansa əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) 100% məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.

Oxşar xəbərlər