Prezident bir qrup şəxsi mükafatlandırdı - SƏRƏNCAM


  • 3 Avqust 2022 16:41

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla festivalda ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

- birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;

- ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;

- üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;

- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Oxşar xəbərlər