Məzmuna keç

Azərbaycan Elm Fonduna İcraçı direktor təyin edildi

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, 45 yaşlı M.İmanova indiyədək Prezident yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru olub. Dövlət başçısının oktyabrın 15-də imzaladığı fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.