- 29 İyul 20:27
General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 46 yaşlı M.Bərxudarova 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə general-mayor rütbəsi verilib. O, eyni zamanda Vətən müharibəsinin əsas komandanlarındandır. M.Bərxudarov "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.