Azərbaycanın Rəqəmsal Məcəlləsi hazırlanacaq


  • 24 Noyabr 18:33

Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi”nin layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Oxşar xəbərlər