Vayra Vike-Freyberqa Prezidentin fəxri diplomu ilə təltif edildi


  • 30 Noyabr 2022 16:54

Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, sabah Latviyanın ikinci Prezidenti (1999-2007) Vayra Vike-Freyberqanın 85 yaşı tamam olur. O, Şərqi Avropada ilk qadın Prezidentdir.

Oxşar xəbərlər