Prezident Oruc Zalovu təltif etdi


  • 8 Dekabr 2022 18:04

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, dekabrın 7-də 70 yaşı tamam olmuş Oruc Zalov daxili işlər nazirinin müavini vəzifəsində çalışır. O, polis general-leytenantıdır.

Oxşar xəbərlər