Prezident Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzaladı


  • 18 Noyabr 2023 10:10

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

E-huquq.az-ın xəbərinə görə, Fərmanla “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər