- 26 May 20:54
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş” təsdiq edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Sənədə əsasən, 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş” təsdiq edilib.