Məzmuna keç

Qobustan rayonunun Sündü kəndində yeni məktəb binası tikiləcək – Sərəncam

Qobustan rayonunun Sündü kəndində yeni məktəb binası tikiləcək - Sərəncam 

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.