Prezident nazir müavinini vəzifədən azad etdi


  • 12 Yanvar 2024 17:45

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

mənbə: Report

Oxşar xəbərlər