Prezident Rəqabət Məcəlləsini təsdiqlədi


  • 23 Yanvar 2024 17:23

Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Bundan sonra aşağıdakı üç qanun ləğv ediləcək:

“Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanun.

Məcəllə ilə tanış olmaq üçün PDF yükləyin.

Xatırladaq ki, Milli Məclisin ötən il dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Oxşar xəbərlər