Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiq edildi


  • 24 Yanvar 14:57

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Müşahidə Şurasının üzvləri:

Əliyev Vüqar Zifər oğlu

Mehrəliyeva Şəfəq Akif qızı

Mikayılova Sevil Əlirazı qızı

Şıxlinskiy Elçin İsmayıl oğlu.

Oxşar xəbərlər