Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verdi - SİYAHI


  • 29 Yanvar 15:46

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib

Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru

Oxşar xəbərlər