- 17 Aprel 17:04
Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.
Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın keçmiş prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.