Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi


  • 1 Aprel 14:13

Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Oxşar xəbərlər