Prezident İlham Əliyev Olimpiada medalçılarını mükafatlandırdı


  • 13 Avqust 14:12

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;

ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər