Azərbaycanın dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Həmin dövlət orqanları aşağıdakılardır:
– Müdafiə Nazirliyi;
– Daxili İşlər Nazirliyi;
– Fövqəladə Hallar Nazirliyi;
– Dövlət Sərhəd Xidməti;
– Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;
– Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;
– Dövlət Gömrük Komitəsi;
– Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
– Dövlət Təhlükəsizliyi Xidməti;
– Xarici Kəşfiyyat Xidməti;
– Dövlət Miqrasiya Xidməti;
– Prezidentin Təhlükəsizlik Xidməti;
– Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
– Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
