Məzmuna keç

Prezident 3 generalı istefaya göndərdi – YENİLƏNDİ

Prezident 3 generalı təltif etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

15:03

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.