- 27 Sentyabr 22:16
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.
E-huquq.az xəbər verir ki, H.Hacıyev "X" sosial şəbəkəsində müvafiq postu paylaşıb.
Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir", - prezidentin köməkçisi yazıb.