Zelenski: Azərbaycan Prezidenti ilə enerji məsələləri barədə müzakirəmiz oldu


  • 2 Oktyabr 19:40

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Kopenhagendə keçirdikləri görüş barədə “X” hesabında paylaşım edib.

E-huquq.az xəbər verir ki, V.Zelenski paylaşımında bunları qeyd edib:

“Azərbaycan Prezidenti ilə görüşüm oldu. Mən ona Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhə doğru diplomatik səylər barəsində fikir mübadiləsi apardıq, əlavə olaraq enerji və potensial hərbi əməkdaşlıq ətrafında müzakirəmiz oldu. Dövlətlərimiz arasında kontaktların çoxaldılması barədə razılaşdıq. Mən Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram”.

Oxşar xəbərlər