Sadır Japarov: Azərbaycanın sədrliyi altında TDT mütərəqqi inkişafını davam etdirəcək


  • 7 Oktyabr 15:14

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) mütərəqqi inkişafını davam etdirəcəyinə, beynəlxalq arenada nüfuzunu gücləndirəcəyinə əmin olduğunu bildirib.

Bu barədə e-huquq.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

S.Japarov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, sammitin yekunları üzrə Qırğızıstan rəsmi olaraq sədrliyi başa çatdırır və estafeti qardaş Azərbaycana ötürür:

"Əminəm ki, Azərbaycanın sədrliyi ilə təşkilat mütərəqqi inkişafını davam etdirəcək, beynəlxalq arenada nüfuzunu gücləndirəcək, bütün türk xalqlarının rifahı naminə yeni mühüm təşəbbüsləri həyata keçirəcək", - o bildirib.

S.Japarov, həmçinin Qırğızıstanın sədrliyini dövründə göstərdikləri dəstək və etimada görə TDT-nin üzv dövlətlərinə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər