"Qəbələ Zirvə görüşü TDT-nin güclənməsi üçün yeni imkanlar açır" - Hikmət Məmmədov


  • 13:06

"Qəbələdə oktyabrın 7-də keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü bir sıra mühüm hadisələrlə yadda qaldı".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Hilkmət Məmmədov deyib.

Onun sözlərinə görə, görüş çərçivəsində "TDT+" formatının təsis edilməsi türk dövlətləri təşkilatının gələcək inkişaf perspektivləri ilə bağlı mühüm bir qərardır:

"Çünki TDT-nin 2021-ci ildə qəbul olunmuş nizamnaməsinə görə, bu təşkilat dil və etnik qohumluq əsasında fəaliyyət göstərən bir təşkilatdır. Amma dil və etnik baxımından uyğun olmayan ancaq TDT ilə əməkdaşlıq etmək istəyən çoxsaylı Beynəlxalq təşkilatlar və qonşu dövlətlər var. Bu da TDT-nin inkişafı, güclənməsi üçün lazımdır. Hesab edirəm ki, belə bir format qəbul olunması tarixi bir hadisə kimi yadda qalacaq”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub:

"Xüsusilə Prezident İlham Əliyevin 2026-cı ildə türk dövlətləri ilə birgə hərbi təlim keçirilməsinə dair irəli sürdüyü təklif tarixi təklifdir. Çünki Qəbələdə keçirilən Zirvə Görüşündə gündəm sülh və təhlükəsizlik idi. Amma biz bilirik ki, sülh və təhlükəsizliyi, hərbi və siyasi güc olmadan təmin etmək mümkün deyil. Azərbaycan öz təcrübəsində bunu həyata keçirməyi bacarıb. Biz hərbi gücümüzü artırmaqla öz təhlükəsizliyimizi təmin etmişik. Bu mənada düşünürəm ki, görüşdə səsləndirilən fikirlər və verilən təkliflər bütövlükdə təşkilatın gələcək prespektivi baxımından olduqca yeni, geniş imkanlar açır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər