Prezidentin köməkçisi Almaniya XİN dövlət katibi ilə görüşdü


  • 19:04

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib.

E-huquq.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında məlumat yayıb.

“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub”,- Hikmət Hacıyev qeyd edib.

Oxşar xəbərlər