Bu ilin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi 25 milyon ABŞ dolları olub


  • 14:08

İlin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bugünkü müzakirələrdə iqtisadi əməkdaşlıq məsələsinə də toxunulub:

"2025-ci ildə 2024-cü illə müqayisədə iqtisadi münasibətlərin inkişafında müsbət dinamika var. Cari ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub. Bu, müsbət dinamika olsa da, kiçik rəqəmdir".

Nazir əlavə edib ki, Estoniya ilə əməkdaşlıqda nəqliyyat-logistika sahəsinin çox böyük potensialı var. M.Tsaxkna təhsil sahəsində də əməkdaşlığın önəmli olduğunu bildirib:

"Hazırda Azərbaycanın 373 vətəndaşı Estoniyada təhsil alır".

Oxşar xəbərlər