- 14:46
"Uzunmüddətli münaqişədən sonra sülhün əldə edilməsi asan bir proses deyil. Ona görə də sülh konsepsiyası mərhələli şəkildə davam edir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasda deyib.
O, Vaşinqton sammitində sülh quruculuğu prosesinin yeni bir mərhələyə keçdiyini vurğulayıb.
H.Məmmədov bildirib ki, bu proseslərin arxasında dərin zəka, siyasi cəsarət və qətiyyət durur və bunların hamısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir.
Deputat sülhə doğru irəliləyərkən qısa müddət ərzində qarşıya çıxan maneələrin aşılacağını qeyd edib.
Şəbnəm Mehdizadə