Azərbaycan səfirliyi Monteneqroda iğtişaşları diqqətlə izləyir - RƏSMİ


  • 17:51

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

“Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edirik", - məlumatda vurğulanıb.

Mənbə: APA

Oxşar xəbərlər