Nazir müavini: Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur


  • 31 Oktyabr 20:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Zəfər paradında iştirakı nəzərdən keçirilir.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

Nazir müavini qeyd edib ki, səfərlə bağlı müzakirə aparılır.

Enes Eminoğlu 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad edilməsinin böyük Zəfər olduğunu vurğulayıb.

Oxşar xəbərlər