"Sülh Bakı və İrəvan arasında münasibətlərdən təzyiq aləti kimi istifadəyə imkan verməyəcək"


  • 11:34

Cənubi Qafqazda sülh üçüncü ölkələri Bakı və İrəvan arasında münasibətlərdən təzyiq aləti kimi istifadə imkanından məhrum edəcək.

E-hquuq.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.

"Sülh üçüncü ölkələrə münaqişədən təzyiq rıçaqı kimi istifadə etməyə imkan verməyəcək", - nazir vurğulayıb.

O, həmçinin əlavə edib ki, qarşılıqlı fayda Ermənistan və Azərbaycan arasında sülh sazişinin uzunmüddətli icrasını təmin edəcək.

Mənbə: Report

Oxşar xəbərlər