Şahbaz Şərif: Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum


  • 7 Noyabr 23:55

Bu gün gözəl Bakı şəhərində feldmarşal feldmarşal Səid Asim Munirilə birlikdə əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf və məmnunluq duydum.

E-huquq.az xəbər verir ki, bunu noyabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" sosial şəbəkəsində paylaşım edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif yazıb.

"Azərbaycanın Qələbə Günü münasibətilə ölkə rəhbərliyini, xalqını və hökumətini səmimi qəlbdən təbrik etdim və sabahkı möhtəşəm paradı səbirsizliklə gözləyirəm.

Həmçinin ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq münasibətlərini nəzərdən keçirdik və ticarət, enerji, əlaqəlilik və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldik.

Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!", - o qeyd edib.

Oxşar xəbərlər